Bakının Nəsimi rayonunda partlayışla müşahidə olunan güclü yanğın baş verib.
NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.
Sahəsi 125 kvadratmetrlik olan iaşə obyektinin 65 kvadratmetrlik hissəsi yanıb.
Yanğının anbardan başladığı bildirilir.