Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, restoran yanğından mühafizə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.