Bakıda şagird sinif yoldaşını bıçaqlayıbbackend

Bakıda şagird sinif yoldaşını bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının 162 nömrəli tam orta məktəbinin 11 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

“NOCOMMENT”-in “Report”a istinadən verdiyi xəbərə görə, hadisə dərsdən sonra baş verib.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, onun vəziyyəti ağır-sabitdir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.