Bakıda şagirdlər müəllimi döyüblər? – RƏSMİ AÇIQLAMAbackend

Bakıda şagirdlər müəllimi döyüblər? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata münasibət bildirilib.

NOCOMMENT xəbər verir ki, 17 nömrəli məktəbdən report-un sorğusuna cavab olaraq qeyd olunub ki, təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar əsassızdır.

“Ümumiyyətlə, 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”, – deyə məlumatda bildirilib.