Bakıda sakinlər KATV1-in internet xidmətindən narazıdır: “Hər gün internet kəsilir, amma…”backend

Bakıda sakinlər KATV1-in internet xidmətindən narazıdır: “Hər gün internet kəsilir, amma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sakinlər KATV1-in internet xidmətindən narazıdır: “Hər gün internet kəsilir, amma heç kim cavabdeh deyil”

Sosial şəbəkələrdə KATV1 internet provayderi ilə bağlı narazılıq paylaşımı geniş müzakirə olunur.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, paylaşımda qeyd olunur ki, şirkətin xidməti praktiki olaraq hər gün 4-5 dəfə kəsilir və bu fasilələr 30-50 dəqiqə davam edir.

Şikayətdə deyilir:

“Artıq bezmişik! Pulunu 2 dəqiqə gec ödəsək, dərhal interneti bağlayırsınız, amma fasilələrdə sizdən səs çıxmır. İnsanlar evdən işləyir, vaxtında çatdırmalı olduğu işlər var. Sizə görə biz niyə əziyyət çəkməliyik?”

Vətəndaş həmçinin KATV1-in texniki dəstəyinin zəifliyindən və əlaqə nömrələrinin işləməməsindən şikayətlənib. O əlavə edib ki, əgər “Kristal Abşeron” şirkəti KATV1-lə elə bir razılaşma bağlayıbsa ki, binaya başqa provayderlər gələ bilmir, bu artıq açıq monopoliyadır:

“Ya KATV1 bu problemi aradan qaldırsın, ya da Kristal sakinlərə öz istədiyi internet şirkətini seçmək imkanı versin! Camaat sizin keyfiyyətsiz xidmətinizə görə hər gün əziyyət çəkmək məcburiyyətində deyil.”