Bakıda satılan Hindistan ətində mutant infeksiya – Ən çox qadınları öldürürbackend

Bakıda satılan Hindistan ətində mutant infeksiya – Ən çox qadınları öldürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistandan ixrac edilən və bir çox ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda da satılan iribuynuzlu heyvan əti cinsi orqanları yoluxdura bilər. Belə ki, bu ətdə antibiotiklərə tabe olmayan və sidik yollarına hücum edən mutant bağırsaq çöpü tapılıb.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, artıq Avropada 237 insan bu səbəbdən ölüb.

Qeyd olunur ki, bu rəqəmi Amerika alimləri hind ətinin təhlükəsi ilə bağlı xəbərlərdən sonra açıqlayıblar.

“Rosselxoznadzor” mütəxəssisləri də “AL-Quresh”, “Maharashtra Foods Processing and Cold Storage” və “Al Waaf Agro Foods” şirkətlərinin məhsullarında bir neçə növ bakteriya – citrobacter, enterobacter və klebsiella aşkar ediblər.

Qeyd edək ki, bu ilin fevralında açıqlanan məlumata görə, Azərbaycan Hindistandan dondurulmuş ət alışını artırıb. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin yanvar-noyabr aylarında Azərbaycan Hindistandan 4,4 milyon dollar dəyərində 1705 ton dondurulmuş iribuynuzlu heyvan əti alıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə Hindistandan ət idxalı dəyər ifadəsində 2,2 dəfə, miqdar ifadəsində 2,8 dəfə artıb.

Hindistandan 1 kiloqram ətin orta idxalı 4,4 manata başa gəlib.

Onu da qeyd edək ki, Azərbaycana ət idxalı əsasən Belarus, Braziliya və Hindistandan həyata keçirilir.