Bakıda Şaxta babaların sayı təəccübləndirdibackend

Bakıda Şaxta babaların sayı təəccübləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il ərəfəsində paytaxt küçələrində Şaxta baba və Qar qız obrazında fəaliyyət göstərən şəxslərin sayı maraq doğurur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti Axar.az-a açıqlamasında bildirib ki, paytaxtda Şaxta baba və Qar qız personajı yaratmaq üçün departamentə müraciətlər daxil olub.

“Aparılan qeydiyyat prosesi nəticəsində 4 Şaxta baba və 4 Qar qız Bakı şəhərinin müxtəlif küçə və ictimai məkanlarında fəaliyyət göstərmələri üçün rəsmi şəkildə qeydiyyata alınıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, Bakıda müxtəlif meydanlarda, parklarda, o cümlədən əyləncə mərkəzlərində Şaxta babaların və Qar qızların sayı kifayət qədər çoxdur. Bu baxımdan rəsmi rəqəm təəccübləndirir.