Bakıda saxta polis saxlanıldıbackend

Bakıda saxta polis saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi aparıb pul tələb edən şəxs müəyyən olunub.

Bu barədə NOCOMMENT.az -a DİN-dən bildirilib.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 – Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.