Bakıda sayca 93-cü “Azpetrol” istismara verildibackend

Bakıda sayca 93-cü “Azpetrol” istismara verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində “Azpetrol”un yeni YDM-i istismara verildi.

NOCOMMENT.az xəbər verir ki, 31 iyul 2020-ci il tarixində “Azpetrol” şirkətinin Bakı şəhərinin Nizami rayonunda sayca 93-cü YDM-i açıldı.

Yeni YDM “Azpetrol Ltd.” MMC-nin baş direktoru Ceyhun Məmmədov və şirkətin digər əməkdaşlarının iştirakı ilə açılmışdır.

Şirkətin Baş direktoru bildirib ki, YDM-in istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir. Yeni yanacaqdoldurma məntəqəsində 48 nəfər daimi işlə təmin edilib.

Gələn il həmin YDM-in yanında tikilən “Azpetrol”un “Hotel SPA & Fitness” mərkəzi istifadəyə veriləcək.