Bakıda şəhər mərkəzinə yaxın qəsəbədə YOLLAR GÖLMƏÇƏDİR – VİDEObackend

Bakıda şəhər mərkəzinə yaxın qəsəbədə YOLLAR GÖLMƏÇƏDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiçik gölü xatırladan bu kadrlar hansısa ucqar kənddə deyil, Bakıda şəhər mərkəzinə ən yaxın qəsəbələrdən birində çəkilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yağışlı havalarda bu massivdə yollar belə vəziyyətdə olur. Xüsusilə, məktəblilər və avtomobili olmayanlar ciddi çətinliklə üzləşirlər.

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivinin sakinləri deyir ki, ötən il baxımsız küçələrin asfaltlanmasına başlanıb. Onların da küçəsində bu istiqamətdə müəyyən işlər görülüb. Amma proses yarımçıq saxlanıb. 1 ildən artıqdır ki, küçə bu vəziyyətdə qalıb.

Sakinlər iddia edir ki, aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalıb.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən küçə onların balasında deyil. Suraxanı rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, həmin yolun əsaslı təmiri 2019-2023-cü il proqramına salınıb. Ancaq müəyyən səbəblərdən hələlik layihə icra olunmayıb. ”1.4 km-lik həmin küçənin tam şəkildə asfaltanmasının zəruruiliyi ilə bağlı İcra Hakimiyyəti tərəfindən lazımı addımlar atılıb və aidiyyəti quruma məlumat göndərilib. Asfaltlanma işlərinin yaxın müddətdə həyata keçiriləcəyi gözlənilir -deyə əlavə edilib.

Daha ətraflı aşağıdakı videomaterialdan izləyə bilərsiniz: