Elektrik enerjisi zəif verilir, xətlərdə tez-tez qısqapanmalar olur
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Səbail rayonu, Neftçi Qurban 124 ünvanında yerləşən mənzillərdən gedir. Burada köhnə həyət evlərində yaşayan sakinlər iddia edirlər ki, problem səbəbindən elektriklə işləyən avadanlıqları sıradan çıxır.
Sakinlər deyir ki, bu problem qış aylarından bəri davam edir.
Sakinlərdən bəziləri deyir ki, elektrik enerjisinin verilməsində yaranan problemin səbəbi yaxınlıqda yaşayış binasında təmir işlərinin aparılmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.