Bakıda səsi insanı dəli edən maşınlar… – Rəsmibackend

Bakıda səsi insanı dəli edən maşınlar… – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil sahiblərinin səsboğucuya müdaxilə edərək, qaz verərəkən, mühərriklərin yüksək səs çıxarmasını təmin etmək “xəstəliyi” geniş yayılıb. Xüsusilə gecə saatlarında bəzi sürücülərin bu cür maşınlardan istifadəsi sakinlərin haqlı narazılığına səbəb olur.

NOCOMMENT xəbər verir ki, bununla bağlı axar.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, maşının qazan mexaniziminə müdaxilə edib, insanları narahat edəcək səsgücləndiricidən istifadə edilərsə, həmin sürücülərə qarşı müvafiq ölçü götürülür.

“Nəqliyyat vaistələri idman üslubunda ola bilər. Belə olduğu halda mühərrikin səsi çox olur. Nəqliyyat vasitəsini istehsal edən zavodun müəyyən etdiyi tələblər pozulmamalıdır. Amma bəzən bu tələblər qəsdən pozulur, səsboğucuya müdaxilə edirlər.

Son 5 ay ərzində belə maşınlar tərəfimizdən aşkarlanıb, istismarı dayandırılıb və sürücülərə qarşı qanunvericilikdə göstərilən tələblər üzrə inzibati tənbeh tədbirləri həyata keçirilib”, – deyə o qeyd edib.

Polkovnik qeyd edib ki, zərurət yaranacağı halda bu maşınların aşkarlanması üçün reyd keçirilə bilər.