Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıbbackend

Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda təmir sexində yanğın baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus “Mercedes-Benz” markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.

Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır.