Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıbbackend

Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sıxlıq olan yollar açıqlanıb.

NOCOMMENT Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, sıxlıq olan yollar aşağıdakılardır:

1. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
2. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
3. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
4. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
5. Koroğlu Rəhimov küçəsi Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
6. Mikayıl Useynov prospekti Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Bakıxanov küçəsi İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
10. Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində;
11. Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində;
12. 8 Noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.