Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıbbackend

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT.az-a verilən xəbərə görə, aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

– Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
– Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
– Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
– Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
– Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
– Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;
– Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
– Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
– Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
– Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “Qara Qarayev” metro stansiyası istiqamətində.