Bakıda sıxlıq olan yollar açıqlanıb – SİYAHIbackend

Bakıda sıxlıq olan yollar açıqlanıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. “20 Yanvar” dairəsində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

6. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

7. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.