Bakıda sıxlıq olan yollar – SİYAHIbackend

Bakıda sıxlıq olan yollar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT-ə verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 yanvar” metro stansiyası istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
5. 20 yanvar dairəsində;
6. Qara Qarayev prospekti “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
7. Sabunçu-Zabrat şosesi “Koroğlu” metro stansiyası istiqamətində;
8. Mikayıl Əliyev küçəsi Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
9. Tbilisi prospekti “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.