91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda Biləcəri istiqamətində hərəkət edən və içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsi olmadan, “skoçlanmış” vəziyyətdə idarə olunduğu müşahidə edilir.
İstifadəçilər ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin qaldırılmasına keyfiyyətin artırılmasının səbəb kimi göstərilməsinin bu görüntülərlə uyğun gəlmədiyini bildirirlər.
AYNA isə yerli KİV-ə açıqlama verərək, artıq sözügedən avtobusun xətdən kənarlaşdırıldığını bəyan edib.\\Yeniavaz.com