Bakıda Alyans şirkəti tərəfindən aparılan söküntü işləri bir ailənin həyatını çətinləşdirib.
NOCOMMENT.az xəbər verir ki, sakinlər bildirir ki, artıq bir ildən çoxdur ki, ailələri bu prosesdən əziyyət çəkir.
Dünən ATV telekanalı hadisə yerinə gələrək çəkiliş aparıb. Çəkiliş zamanı ustaların başının üstündə duran şirkət nümayəndəsi açıqlama verib. Lakin sakin iddia edir ki, onun ailəsi orada yaşayır, 4 nəfərdən ibarət ailədir və 120 kvadrat metrdən çox mənzili var. Kupçası və digər sənədləri tam qaydasındadır. Sakin əlavə edib ki, buna baxmayaraq, Alyans şirkəti tərəfindən mənzilinə müdaxilə olunub və onlar narazılıqlarını bildirirlər.
Daha ətraflı videoreportajda: