Bakıda sürət qatarının hərəkətində problem yaranıbbackend

Bakıda sürət qatarının hərəkətində problem yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt-Pirşağı-Bakı sürət qatarının gecikməsinin səbəbi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb.

Hazırda bir xətdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir.

Hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.