Bakıda sürücü təmir etdiyi avtobusun altında qaldıbackend

Bakıda sürücü təmir etdiyi avtobusun altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından NOCOMMENT-ə verilən məlumata görə, 1979-cu il təvəllüdlü Şabran rayon sakini Taleh Əliyev “İkarus” markalı avtobusunun təmiri zamanı domkrat yerinə daşdan istifadə edib və bədbəxt təsadüf nəticəsində nəqliyyat vasitəsi onu əzib.

T.Əliyev aldığı xəsarətlərdən yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.

Oxu.az