Bakıda sürücülərin kabusu olan bu küçənin ortasında avtomobil suda batdı – VİDEObackend

Bakıda sürücülərin kabusu olan bu küçənin ortasında avtomobil suda batdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda avtomobil küçənin ortasında suda batdı.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, Murad Kazımovun başına gəlib. Onun sözlərinə görə, suyun səviyyəsi kənardan az görsənsə də, əslində bir xeyli dərinliyi var.

Murad Kazımov hadisə nəticəsində avtomobilinə xeyli ziyan dəydiyini bildirir. Sözügedən ünvana avtomobillər gəlməkdə çətinlik çəkir.

O da bildirildi ki, ərazidən keçən avtomobillərin dövlət qeydiyyat nişanları suya düşür. Hətta, insanlar xüsusi geyim vasitəsi ilə orada axtarış aparırlar.

Yaxınlıqda yaşayanlar isə bu vəziyyətin illərdir hökm sürdüyünü deyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.