Bakıda sürücüyə qarşı soyğunçuluq edən şəxs TUTULDUbackend

Bakıda sürücüyə qarşı soyğunçuluq edən şəxs TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sürücüyə qarşı soyğunçuluq edən şəxs ələ keçib.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə oktyabrın 2-də saat 5 radələrində Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinin ona zor tətbiq edərək içərisində 50 manat, 100 rubl və sənədləri olan pulqabını talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.