Bakıda “Suşini sevirəm” adlı sərgi keçiriləcəkbackend

Bakıda “Suşini sevirəm” adlı sərgi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda suşiyə həsr olunmuş sərgi keçiriləcək.

NOCOMMENT “Report”a istinadən xəbər verir ki, “Suşini sevirəm” adlı dünya sərgisi yanvarın 14-dən 22-dək Bakıda yerləşən Daş Səlnamə Muzeyində baş tutacaq.

Yaponiya mətbəxində xüsusi rol oynayan və UNESCO-nun Bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edilən suşi gözəlliyi və dadı ilə, həmçinin sağlam qida kimi dünyanın bir çox ölkələrində sevilir və tanınır.