Bakıda tanınmış iş adamı koronavirusdan öldübackend

Bakıda tanınmış iş adamı koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir.

NOCOMMENT Musavat.com-a istinadən xəbər verir ki, iş adamı bu gün səhər saatlarında dünyasını dəyişib. Məlumata görə, uzun müddət diabet xəstəsi olan F.Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub və bu gün dünyasını dəyişib.

Xatırladaq ki, F.Fərəcov “Mohito”, “Paradise” və daha bir neçə gecə klublarının, Novxanıdakı “Kalyon” restoranının sahibi idi.

Onu da qeyd edək ki, F.Fərəcovun adı 2017-ci ildə oğlunun lüks avtomobillə piyadanı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. F.Fərəcovun oğlunun “Porsche” ilə qəza törədən zaman 14 yaşı var idi.