Bakıda tanınmış şadlıq sarayında ölümbackend

Bakıda tanınmış şadlıq sarayında ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şadlıq evində keçirilən toy mərasimi zamanı ölüm hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, M.Hadi küçəsi, 152-də yerləşən “Təbrik” şadlıq sarayında qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü T.Aslanov saat 21 radələrində şadlıq sarayında keçirilən məclisdə olarkən qəfil özünü pis hiss edib.

Dərhal təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin müayinə zamanı 38 yaşlı şəxsin ürəktutmadan vəfat etməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.