Bakıda tələbə “Audi” ilə qəza törətdi – ÖLƏN VARbackend

Bakıda tələbə “Audi” ilə qəza törətdi – ÖLƏN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

NOCOMMENT.az xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.

 

Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.