Bakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı TƏFƏRRÜAT – VİDEObackend

Bakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı TƏFƏRRÜAT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda parkdakı Nikola Tesla heykəlinin yanında özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.

NOCOMMENT xəbər verir ki, Xəzər TV-nin məlumatına görə, Xırdalan şəhərində qeydiyyatda olan 1994-cü il təvəllüdlü M.Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb.

İntihardan saat 11 radələrində parka gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanada qeydiyyatda olub. Mərhumun narkoloji asılılığının olduğu da deyilir.