Bakının Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.
NOCOMMENT.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.\\Lent.az-a