Avtobuslar sərnişinləri düşürməkdə, piyadalar isə yolu keçməkdə çətinlik çəkirlər…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda, ticarət mərkəzinin qarşısındakı bu yol suyun içindədir.
Sakinlər deyirlər ki, axırıncı dəfə yağan yağışdan sonra göllənən su çəkilməyib.
Yolun bu vəziyyətdə olması həm də tıxac yaranmasına səbəb olur.
Avtobus sürücüləri deyirlər ki, uşaqlı qadınları, yaşlı sərnişinləri yolun ortasında düşürməyə məcbur oluruq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













