Bakıda TIR ağır qəza törətdibackend

Bakıda TIR ağır qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda TIR-ın qəzaya düşməsi nəticəsində ölən yoxdur.

NOCMMENT.az xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:

“Lökbatan qəsəbəsində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən maneəyə çırpılıb. Sürücünün xəsarət aldığı bildirilib. Hadisə yerinə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə barədə araşdırılma aparılır, yekun nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, bu gün səhər saatlarında hərəkətdə olan ağır tonnajlı yük avtomobili (TIR) Qaradağ Rayon Baş Polis İdarəsinin yaxınlığında yol kənarındakı obyektə çırpılıb.