Son illər Bakıda müşahidə edilən tıxac aidiyyəti qurumları yeni alternativlər barədə düşünməyə vadar edir.
Sıxlığın aradan qaldırılması üçün Xəzər dənizi üzərindən körpünün salınması ilə bağlı iddialar yayılıb.
Məlumata görə, körpü Bakı şəhərinin Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində tikilə bilər. Bu da günlük tıxac səviyyəsini aşağı salacaq.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, bununla bağlı səsləndirilən iddialar həqiqətəuyğun deyil:
“Hazırda sözügedən məsələ gündəmimizdə deyil. Ümumiyyətlə bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.