Bakıda turizm şirkətinin rəhbəri ürəyindən BIÇAQLANDIbackend

Bakıda turizm şirkətinin rəhbəri ürəyindən BIÇAQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə “Montin” adlanan ərazidə qeydə alınıb.

Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəliblər. Bu zaman onlar dörd nəfər naməlum şəxsin hücumuna məruz qalıblar.

C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.