Bakıda üç koronavirus xəstəsi küçədə tutuldubackend

Bakıda üç koronavirus xəstəsi küçədə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanıda polis əməkdaşları tərəfindən xidməti ərazidə profilaktik tədbir keçirilən zaman üç nəfər koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, araşdırma aparılan zaman onların aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədov olduqları müəyyən edilib. Onların analizlərinin cavablarının pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq bu tələblərə məhəl qoymayıb yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.