Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilibbackend

Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Dəniz Əsədova həbs edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb.

Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib.

Faktı “Report”a vəkil Asim Abbasov təsdiq edib.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.