Bakıda xarici şirkət rəhbərinin velosipedini oğurlayan şəxs tutuldubackend

Bakıda xarici şirkət rəhbərinin velosipedini oğurlayan şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda oğurluq edən şəxs yaxalanıb.

NOCOMMENT.az-ın xəbərinə görə, İtaliya vətəndaşı Sbercio Purinə məxsus dəyəri 500 manat olan velosipedi oğurlayan paytaxt sakini Rafiq Xənizadə polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərdən birinin dayanacağında qeydə alınıb. Belə ki, naməlum şəxs İtaliya vətəndaşı S.Purinə məxsus dəyəri 500 manat olan velosipedi oğurlamışdı. Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət etmişdi. Xatırladaq ki, S.Purin “Silk Road Shipping” logistika şirkətinin rəhbəridir. O, 2010-cu ildən Bakı şəhərində yaşayır.