Şairə Nazilə Səfərli Azərbaycanda keçirilən xına məclislərinə xərclənən məbləğlər haqqında danışıb.
NOCOMMENT.az xəbər verir ki, bu brədə o, “Öz aramızda” verilişində danışıb.
Şairə bildirib ki, Bakıda 200 minlik xına məclisləri keçirilir:
“200 minə xına məclisi təşkil edilir. Beşulduz oteldə stol menyusu 500 manatdırsa, dekor da baha olur. Mənim bir xınam olub ki, üç gün işləmişdilər. Beşulduzlu oteldə Şəki Xan Sarayı dekoru qurulmuşdu. Təkcə dekor 52-53 min idi. Tanınmış müğənniləri çağırırlar. Ən çox dəvət olunan da Gülay Zeynallıdır. Xonçaya elə yarım milyon ödəyən var. Mən hərdən çəkib paylaşıram, dörd-beş brilliant dəst olur. Bu da bizim ölkəmizdir. Allah bol etsin”.
Proqramda yer alan müğənni Kərim Abasov isə “Bu yaxınlarda bir toy sifarişi gördüm – Mustafa Sandal, Qazaxıstan, Özbəkistan ifaçıları, Azərbaycan Xalq artistləri var idi. Mustafa 1 saatı üçün 170 min dollar almışdı” sözlərini əlavə edib.












