Bakıda yarmarkada alverçilər arasında dava düşdübackend

Bakıda yarmarkada alverçilər arasında dava düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda yarmarkada dava olub.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə oktyabrın 17-də saat 10 radələrində F.X.Xoyski küçəsində yerləşən yarmarkada 2 nəfərin xuliqanlıq zəminində Astara rayon sakini T.Baxşiyevi döymələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Rafiq Məmmədov və Tural Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Həmin şəxslərin yarmarkada alver etdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.