Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağının plastikdən ibarət pəncərəsi, 1 ədəd kondisioner və 1 ədəd dolab qismən yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.