Bakıda yaşayış binasında yanğın olubbackend

Bakıda yaşayış binasında yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 5 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili, içərisinə yığılan taxta tullantıları və bitişik yaşayış binasının birinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan bitişik binada 1 ədəd kondisioner və 5 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.