Bakıda yaşayış binasında yanğın olub, zərərçəkən varbackend

Bakıda yaşayış binasında yanğın olub, zərərçəkən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşayış binasında yanğın hadisəsi olub.

Bu barədə NOCOMMENT Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.