Bakıda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİBbackend

Bakıda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25kv.m. sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

***

saat 09.58

Bakıda yaşayış binasında yanğın söndürülüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov-Xiyabani kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın söndürülüb.

***

saat 09.36

Bakıda yaşayış binası yanır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov-Məhəmməd Xiyabani küçələrinin kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları cəlb olunub.