Bakıda yeddi marşrut xətti ilə bağlı dəyişiklikbackend

Bakıda yeddi marşrut xətti ilə bağlı dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən yeddi marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, sabahdan:

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Türkan çimərliyinədək;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Buzovna çimərliyinədək;
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Şüvəlan çimərliyinədək;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Pirşağı çimərliyinədək;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Zirə çimərliyinədək;
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Mərdəkan çimərliyinədək;
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər təşkil ediləcək.