Bakıda yenə tıxac var – SİYAHIbackend

Bakıda yenə tıxac var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) NOCOMMENT-ə verilən məlumata görə, Bakının Alı Mustafayev küçəsində (20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində), Rəşid Behbudov küçəsində (Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər) nəqliyyatın hərəkətində sıxlıq var.

Eyni zamanda Bakı-Sumqayıt şosesində (şəhər istiqamətində) də tıxac yaranıb.

Paytaxtın Babək prospektində (Yusif Səfərov küçəsi istiqamətində), Heydər Əliyev prospektində (əsas və kənar yol Atletlər kəndinin qarşısından mərkəz istiqamətində), Koroğlu Rəhimov küçəsində (Həsən Əliyev küçəsi istiqamətində), Üzeyir Hacıbəyli küçəsində (Cavanşir körpüsündə) sıxlıq müşahidə edilir.