Bakıda yeni binalarda zəlzələ təhlükəsibackend

Bakıda yeni binalarda zəlzələ təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2019-cu ilə qədər Bakıda aparılan inşaat işlərində bizə tikinti şirkətləri tərəfindən müraciət olunurdu. İndi biz belə rəy vermirik, çünki müraciət edən yoxdur”.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Türkiyədə vaş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında danışıb.

O bildirib ki, müraciətlər zamanı Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib yekun rəy verir, hesabat hazırlayırdılar: “2019-cu ildən bu yana bizə müraciət edən yoxdur. Biz də gedib kiminsə qapısını döyə bilmərik. Artıq bu, dayandırılıb. Mən bunu dəfələrlə demişəm, lakin reaksiya verən yoxdur”.