Bakıda yeni çoxsahəli tibbi müalicə və diaqnostika mərkəzi – “Olimp Hospital” istifadəyə verildibackend

Bakıda yeni çoxsahəli tibbi müalicə və diaqnostika mərkəzi – “Olimp Hospital” istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürətlə inkişaf edərək yenilənən dünyamızda müasir tibbin tələblərini əsas tutaraq yola çıxmağa qərar verdik və “Olimp Hospital” olaraq 2021-ci ildən innovativ xidmətlərimiz ilə fəaliyyətə başladıq.

NOCOMMENT.az xəbər verir ki, Hospitalda xəstəliklərin diaqnostikası və müalicəsi məqsədi ilə Avropa və dünya standartlarına cavab verən müasir müayinə metodları, invaziv və açıq cərrahiyyə əməliyyatları tibbin ən son yenilikləri ilə yüksək təhsilli peşəkar həkim komandası tərəfindən icra edilir. “Olimp Hospital”da Türkiyə və digər xarici ölkələrdə təhsil almış ixtisaslı həkim mütəxəsislər tərəfindən müayinə, diaqnostika və müalicə həyata keçirilir.

Olimp Hospital

Burada geniş və hər tərəfli imkanlara malik müayinə cihazları, təcrübəli tibb personalı ilə səliqəli və yüksək keyfiyyətli stasionar və reanimasiya xidmətləri, müasir avadanlıqlarla invaziv kardiologiyanın əsasını təşkil edən angoqrafiya, açıq ürək cərrahiyyəsi əməliyyatlarının aparılması üçün geniş və rahat cərrahi blok xəstələrimizin xidmətindədir.

Olimp Hospital

Hospitalda eyni zamanda peşəkar və təcrübəli cərrahlarımız tərəfindən aparılan bütün növ ürək-damar xəstəliklərinin cərrahi əməliyyatlarının həyata keçirilməsi mümkündür.

İnsan və sağlamlıq düşüncəsinin işığında yüksək keyfiyyətli, etik, xəstələrin hüquqlarını əsas tutaraq, pasiyentlərin ehtiyyaclarını qarşılamağa istiqamətlənmiş hospitalımız beynəxalq standartlara uyğun tibbi xidmət göstərir.

Olimp Hospital

Qeyd edək ki, “Olimp Hospital”da, Travmatologiya və Ortopediya, İnvaziv Radiologiya, Dermatovenerologiya, Endokrinologiya, İnvaziv və Noninvaziv Kardiologiya, Radiologiya, Urologiya, Qastroenterologiya, Terapiya şöbələri və ən müasir avadanlıqlarla təchiz olunmuş geniş laboratoriya fəaliyyət göstərir.

Hospitalda xaricdə ixtisaslaşmış mütəxəssislər tərəfindən göstərilən tibbi xidmət müasir tibbi avadanlıqların köməyi ilə icra olunduğundan ölkədən kənarda müalicəyə üstünlük verən xəstələrin seçimi üçün imkan yaradacaqdır.

Olimp Hospital
 

“Olimp Hospital” – tibbin geniş sahələri ilə xidmətinizdəyik.