Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşübbackend

Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində 14 yaşlı oğlan ağır xəsarətlər alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq səbəbi araşdırılır.