Bakıda yol qəzası: 1500 ev qazsız qaldıbackend

Bakıda yol qəzası: 1500 ev qazsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən NOCOMMENT-ə verilən məlumata görə, qəza səbəbindən 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qaz təchizatının bərpası üçün ərazidə təmir işləri aparılır.