Bakıda yolların buz bağlaması nəticəsində baş verən qəzalarbackend

Bakıda yolların buz bağlaması nəticəsində baş verən qəzalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov report-un sorğusuna cavab olaraq bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib.

“Eyni zamanda, paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda suni tıxaclar yaratmışdı”, -deyə o bildirib.