Bakıda yolu bağlamağa çalışan sürücü həbs edildibackend

Bakıda yolu bağlamağa çalışan sürücü həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanunu tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib.

Bu barədə NOCOMMENT.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 6-a idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışan Ağstafa rayon sakini İsmayıl Eldar oğlu Mikayılov barəsində müvafiq sənədləşmə apaılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.